“Agroprotech” MMC sizin uğurlu və etibarlı idxalçınızdır.
“Agroprotech” MMC 08.07.2020-ci il tarixdə yaradılmışdır. Cəmiyyətin əsas istiqamət fəaliyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarının aqrotexniki ehtiyaclarının ödənilməsi məqsədi ilə müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları və onların ehtiyat hissələrinin, texnoloji avadanlıqların, damazlıq heyvanların respublikaya gətirilməsi və kənd təsərrüfatı texnikalarına servis xidmətinin göstərilməsidir. Eyni zamanda, Cəmiyyət nizamnaməsi çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Təsis edildiyi gündən etibarən kənd təsərrüfatı sahəsində mövcud ən son texnoloji yenilikləri və sizlərin tələblərini dərindən mənimsəyərək bu iki detalı özündə birləşdirərək ən uyğun həllər təqdim etməkdədir. Bunun üçün peşəkar komandamız hər tərəfli olaraq fəaliyyət göstərərək, həm xarici həm də yerli tərəfdaş seçimlərini etmişdir.
“Agroprotech” MMC yerli istehsalçılarla yanaşı Avropa, ABŞ, Çin, Rusiya, Belarusiya, Türkiyə və digər ölkələrdə fəaliyyət göstərən texnika istehsalçılarının məhsullarını idxal edərək alış dəyərinə 40 % dövlət güzəşti tətbiq edilməklə nağd və ya lizinq yolu ilə satışını həyata keçirir.
“Agroprotech” MMC aqrar sektorda öz mövqeyini möhkəmləndirmək və gələcək inkişaf perspektivlərini artırmaq məqsədi ilə məhsul istehsalçıları tərəfindən daha çox tələb olunan müxtəlif təyinatlı texnoloji avadanlıqların, iri və xırda buynuzlu damazlıq heyvanların respublikaya gətirilməsini və satışını 60% həyata keçirir.
Cəmiyyətin müştərilərinə keyfiyyətli, operativ xidmət və məhsulları fermerlərə əl çatan etmək, onlara göstərilən xidmətlərin vaxtını və əlavə xərclərini azaltmaq əsas missiyamızdır.