Xəbərlər

Agroprotech MMC İzmirdə

Türkiyənin ən böyük dörd Avropa kənd təsərrüfatı sərgisindən biri olan Agroexpo, 2022-ci ilin fevral ayında 3042 ölkədən 90 marka, ümumilikdə 357.912 ziyarətçi ilə rekord bir il keçirdi. 1-5 Fevral tarixlərində 18-ci dəfə keçiriləcək yarmarka dünya kənd təsərrüfatını və Türk kənd təsərrüfatını yeni hədəfləri ilə yenidən birləşdirmişdir. Agroprotech heyyəti Türkiyənin İzmir şəhərində keçirilən 18-ci beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak edir.

Agroprotech MMC daim dünya Kənd Təsərrüfatı yeniliklərini sizlər üçün əl çatan etməyə çalışmaqdadır. Regiona ən uyğun Kənd Təsərrüfatı texnologiyalarını dünya sərgilərində mənimsəyərək ölkəmizdə tətbiq etməkdədir. Məhz bu səbəbdəndir ki heyətimiz bu ilki İzmir fuarında da aktiv iştirak edir. Hal-hazırda sərginin ikinci günü olmasına baxmayaraq bir çox yeniliklərin siz müştərilərimizi gözlədiyini deyə bilərik. Təsadüf deyil ki partnyorlarımız arasında qardaş Türkiyənin aparıcı bir çox şirkəti yer almaqdadır. Hər sərgidən yeni tanışlıqlar və dünya səviyyəsində olan texnikaları tanıyıb sizələrə təqdim edirik. Bunuda bildirmək istəyirik ki bu ilki sərgidə Agroprotech MMC-nin direktoru Elxan Akif oğlu Əliyev birbaşa iştirak edir. Elxan müəllimlə ilkin danışığımızdan aldığımız məlumata görə bu il keçirilən sərgi həmişə olduğu kimi maraqlı və yeni innovativ texnikalar ilə təşkil olunub.

Siz həmçinin bəyənə bilərsiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir