Bu damazlıq heyvanın məhsuldarlıq va damazlıq keyfiyyəti olduqca yüksəkdir, yerli cinslerin cins tərkibinin yaxşılaşdırılmasında istifadə edilmişdir.

Cinsin əsas xüsusiyyətləri: Yediyi yemin müqabilində çoxlu məhsul hasil etmek, tezyetişkənlik,

qüvvetli boyatma enerjisi, kökəlmə qabiliyyəti, ətin yüksək keyfiyyətli olması və s. Cinsin rəngi ala-qırmızıdır. Qırmızı rəng geniş dairədə adi qırmızıdan açıq qırmızıya, hətta  sarıya qədər dəyişilir. Hazırda ən çox təsadüf edilən rəng sari-aladır. Buynuzları, dırnaqları və burun hissəsi sarımtıl-ağ rəngdən saman xatırladan sarı rəngə qədər dəyişən olur. Heyvanların buynuzlarının uclarında qırmızılıq, dırnaqlarının üzərində qırmızı zolaq va burun hissəsi üzərində pası xatırladan ləkə olur.  Təyinatlı südlük və ətlik süd məhsuldarlığı ve yağlılığı kifayət qədər yüksəkdir (4,-4,2% dən yuxarı). Buzovlar doğulduqda 40-50 kq, yaşlı inəklər 650-800 kq, buğalar isə 950-1100 kq olur. Ətlik keyfiyyəti yüksək olub, kökəldilmiş cöngələr 18 aylıqda 520 kq, 24 aylıqda 650 kq canlı kütləyə çatır. Ət çıxımı 53-55%-dir. Yerli şəraitə dözümlü olub yaxşı daptasiya malikldirlər. Ekoloji məhsul istehsalı üçün əlverişli cinsdir.