Browon Swiss – Rusiya imperiyasına XIX əsrin II yarısından başlayaraq gətirilmişdir. Kastroma, Qonur Karpat , Qonur Qafqaz, Lebedinskiy və Altay cinslərinin yetişdirlməsində istifadə edilmişdir. Müxtəlif iqlim şəraitinə uyğunlaşa bilirlər və möhkəm bədən quruluşuna malikdirlər. İllik südvermə qabilyyəti 4- 4.2% yağlılıqla 6500-7500 kq –dır. Təsərrüfatlarda rekordsmen şvislərdən 9000-10000 kq-a qədər süd sağımı vardır.Heyvanlar tez yetişir eyni zamandada yaxşı ətlik xüsusiyyətləri vardır. Ət çıxımı 52-55% – dir.