JERSEY cinsi südlük istiqamət kiçik ölçülü, hündürlüyü 120 mm olan inək cinsinə aiddir. Ən qədim və südünün yaglılıq faizi yüksək olan cinslərə aiddir. Südün yağlılığı 6% va yuksək, rəngi sarımtıl, iri yağ dənəcikləri ilə müşayət olunur. Qida qəbulu süd çıxımının yalnız 0.8 hissəsini təşkil edir.
Yaxın zamanlara qədər tanınmayan Jersey cinsi bu gün sayına görə dünyada Holstein cinsinden sonra 2-ci yeri tutur, hətta az yer tələbatı, az miqdarda yem qəbulu (qidalanma üçün xərcin az olması-südün maya dəyərinin 60%-i) səbəbi ilə bu populyasiya sürətlə artır . Jersey cinsi yerin konvertasiya nisbətinə göra Holstein cinsini 30% üstələyir və onun südü digər cinslərindən südünden 20% artiq qimətləndirilir.
Jersey cinsi Ingiltərənin Jersi adasında yerli normand va britan cinslərinin yaxşılaşdırılması və süd yağlılığın artırılması məqsədilə yetişdirilmişdir. 1789-cu ilda yerli hakimiyyət cins damazliq heyvanların gətirilməsini qadağa qoyan qanun qəbul etdi və bundan sonra bu cins təmiz halda saxlanıldı. Yetişdirmə prosesində əsasən inbridinq üsulundan istifadə edilir ki, nəticədə də cins zərif, quru va tez-tez inkişaf etmiş bir cins kimi formalaşmışdır.
1866-ci llda Jersey cinsinin damazlıq kitabı təqdim edildi və kitabın ilk neşri 1872-ci ildə nəşr edildi. Bu dövürdə Jersey cinsi yüksək məhsuldarlığına görə geniş məşhurluq əldə etdi və məşhurluq XIX əsrin əvvələrindən başlayaraq İngiltərə və ABŞ-a, sonra isə Avstraliya, Yeni Zelandiya və Afrikaya çıxarıldı. Jersey buğaları yağlılığın artırılması üçün südlük cinsli inəklərin mayalanmasında geniş istifadə edilir.