Alpine keçiləri sərt iqlim şəraitinə asanlıqla uyğunlaşa bilirlər. Onların susuzluğa qarşı müqaviməti yüksək səviyyədədir. Əla balans qabiliyyətləri var. Sıldırım ərazilərdə asanlıqla gəzə və otlaya bilərlər. Çox maraqlı heyvanlardır. Atletik təbiətlərinə görə hasarları asanlıqla aşa bilərlər. Analıq instinktləri yüksək səviyyədə inkişaf etmişdir. Uzunömürlü keçi cinslərdən biridir. Onların orta ömrü 14 ildir. Cinsi yetkinliyə 5-6 ayda çatırlar. Bununla belə, onların ən azı 7-10 aylıq olması və cütləşmə üçün 30-35 kq diri çəkiyə çatması gözlənilməlidir. Alpine cinsli keçilər Fransada südlük istiqamətli keçi kimi yetişdirimişdir. Keçilər doğum ərəfəsində 2 və 3 əkiz balalar doğur. Süd lantasiya müddəti 180 gün ərzində 400-450 kg süd veriminə malikdir. Alpin keçisiləri Fransa başda olmaqla Almaniya, Avstriya, Macarıstan, Rumıniya, və digər Avropa ölkələrində geniş yayılmışdır.