Alpine keçiləri sərt iqlim şəraitinə asanlıqla uyğunlaşa bilirlər. Onların susuzluğa qarşı müqaviməti yüksək səviyyədədir. Əla balans qabiliyyətləri var. Sıldırım ərazilərdə asanlıqla gəzə və otlaya bilərlər. Çox maraqlı heyvanlardır. Atletik təbiətlərinə görə hasarları asanlıqla aşa bilərlər. Analıq instinktləri yüksək səviyyədə inkişaf etmişdir. Uzunömürlü keçi cinslərdən biridir.  Onların orta ömrü 14 ildir. Cinsi yetkinliyə 5-6 ayda çatırlar. Bununla belə, onların ən azı 7-10 aylıq olması və cütləşmə üçün 30-35 kq diri çəkiyə çatması gözlənilməlidir. Alpine cinsli keçilər Fransada  südlük  istiqamətli keçi kimi yetişdirimişdir. Keçilər doğum ərəfəsində 2 və 3 əkiz balalar  doğur. Süd lantasiya müddəti  180 gün ərzində  400-450 kg süd  veriminə malikdir.  Alpin keçisiləri  Fransa başda olmaqla  Almaniya, Avstriya, Macarıstan, Rumıniya, və digər Avropa  ölkələrində geniş yayılmışdır.