Holstein Friesian  cinsi  Almaniya  və digər Avropa ölkələri daxil olmaqla ABŞ və Kanada da geniş yayılmışdır. Almaniya  və digər Avropa ölkələrində yetişdirilmiş ağ-qara cinslərdən fərqli olaraq, ABŞ və Kanadada bu cins yağlılıq faizi az olmaqla yüksək süd vermə qabiliyyəti və diri çəki istiqamətində təkmilləşdirilmişdir. 1871- ci ilin 15 martında prezidenti Uinsrop Çeneri olmaqla Holstein Friesian  cinsi    Yetişdiriciləri (seleksiyaçıları) Cəmiyyəti yaradıldı. Artıq 1872-ci ildə 12 statda ağ-qara cins yetişdirilirdi, və həmin il Holstein Friesian cinsli iribuynuzlu heyvanların damazlıq kitabı çap edildi. Holstein Friesian cinsi digər südlük istiqamətli cinslərdən fərqli olaraq böyük bədən quruluşuna görə seçilir. Diri çəkisi – 700-800 kq-a qədər. Buğalarda cidovluq 160 sm, inəklərdə 150 sm, düyələrdə 137 sm, sinə dərinliyi 80 sm, eni 55 sm. Yeni doğulmuş erkak buzovlar 45 kq, dişi buzovlar 38-40 kq olur. Diri çəki düyələrdə 500 -550 kq-a qədər, yaşlı çox heyvanlarda 750-kq-a qədər olur.