Saanen cinsli keçilərin  Almaniya,  Macarıstan , Ruminiya və digər Avropa ölkələrində geniş yayılmışdır.

Saanen keçisi yüksək südü və reproduktiv səmərəliliyi ilə tanınır. Rəngləri krem rəngindən ağa dəyişir, ümumiyyətlə qısa tüklü, dik və kiçik qulaqlara malikdir. Buynuz, sırğa və saqqallara hər iki cinsdə rast gəlinir. Saanen keçiləri  doğum ərəfəsində  2 və 3 əkiz balalar  doğur.  

Döş quruluşu sallanmayan formadadır. Yetkin dişi keçinin diri çəkisi 50-60 kq arasında dəyişir. Yetkin erkək keçinin diri çəkisi 60-80 kq arasındadır və 100 kq-a qədər diri çəkiyə çata bilir.

Saanen keçiləri yaxşı baxım şəraitində erkən yaşlarda cinsi yetkinliyə çatır və 8-10 ayda damazlıq üçün istifadə edilə bilər. Doğulan balaların çəkisi 3-3,5 kq olur. Süd məhsuldarlığı 500-650 litr, Sağım dövrləri isə orta hesabla 180 gün olur.